2 iyun 2025-ci il tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR ilə “ExxonMobil Corporation” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
“İki sahil” xəbər verir ki, Anlaşma Memorandumunu SOCAR-ın prezidenti Rövşən Nəcəf və “ExxonMobil Corporation” şirkətinin vitse-prezidenti Con Ardil imzalayıblar. Sənəd Azərbaycanın neft-qaz sahəsində birgə əməkdaşlığı nəzərdə tutur.
Qeyd edək ki, “ExxonMobil Corporation” və SOCAR arasında enerji sektorundakı uzunmüddətli tərəfdaşlıq əlaqələri son zamanlar daha da gücləndirilib.
Bakı Ali Neft Məktəbinin 30 tələbə və məzunu 2025-ci ildə bp-dən iş təklifi alıb
SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb - FOTO