Yay aylarında ən çox rast gəldiyimiz mənzərə evdar qadınların müxtəlif tərəvəz və meyvələrdən hazırladıqları turşulardır. Sağlamlıq baxımından faydaları olan tərəvəzlərdən hazırlanan turşuların tərkibində yağ olmadığı üçün kalori miqdarı aşağı olan qidalar sırasındadır. Bəs yay aylarında hazırlanıb qışa saxladığımız turşular sağlamlığa necə təsir göstərir?
Yüksək lifə malikdir: Mədə və bağırsaq problemləri olan, xüsusilə də həzm problemi olan insanlara tərəvəzlərdən hazırlanan turşular faydalı ola bilər. Bu qidalardaki yüksək miqdarda lif həzm prosesini yaxşılaşdırır. Başqa tərəfdən isə turşu edilən tərəvəzlərin tərkibində antioksidantlar olduğu üçün turşu xərçəng xəstəliyinə qarşı mübarizə aparan qidalar sırasındadır.
Vitamin və mineral qaynağıdır: Turşu və turşunun suyu maqnezium, dəmir, kalsium, sink kimi insan bədəninin təməli hesab edilən vitamin və minerallarla zəngindir.
Altsheymer xəstəliyinə faydalıdır: Yaşlı insanlar arasında daha çox rast gəlinən, xalq arasında ağlını itirmək kimi adlandırılan altsheymer xəstəliyinə qarşı turşu istifadəsi məsləhət görülür. Turşunun tərkibindəki bir çox minerallar yaşlılıq dönəmində altsheymer xəstəliyinə tutulma riskini azaldır.
Təzyiqi aşağı salır: Sirkə turşunun xam maddəsi olub, eyni zamanda həzm sistemindəki zərərli mikropları nəzarətdə saxlayır və bakteriyaları məhv edir. Turşunun mayalanma zamanında yaratdığı laktik turşusu təzyiqi aşağı salır və damarları genişləndirərək qan dövranına kömək edir. Eyni zamanda diabet xəstələri üçün faydalı qidalar sırasındadır.
Ürək və damar xəstəliklərinə faydalıdır: Turşunun hazırlanmasında istifadə edilən istər üzüm, istər alma sirkəsi pektin adlanan və ürəyə çox faydalı olan maddəyə sahibdir.
Hər bir qidanın həddindən artıq istifadəsi zərərli olduğu kimi, turşunu da qədərində istifadə etmək lazımdır. Əks təqdirdə susuzluq, görmə problemləri, osteoporoza səbəb ola bilər. Mütəxəssislər turşunun hazırlanmasında qaya duzunu məsləhət görürlər.
Röya Şahbazi, “İki sahil”