CHP-nin 38-ci növbədənkənar qurultayında "pul qarşılığında səs verdikləri" iddiaları ilə bağlı hazırlanan iddianamə qəbul edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb.
Bildirilir ki, İstanbul bələdiyyəsinin hazırda həbsdə olan keçmiş sədri Əkrəm İmamoğlu, İzmir Böyükşəhər Bələdiyyə sədri Cəmil Tuqay və CHP İstanbul İl sədri Özgür Çelik də daxil olmaqla 12 şübhəli üçün 3 ilə qədər həbs istənilir.
İddianamədə zərərçəkmiş şəxs kimi keçmiş CHP sədri Kamal Kılıçdaroğlu, şikayətçi qismində isə Hatay Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Lütfü Savaşın adı çəkilir.