Polşa parlamenti iyunun 11-də hazırkı hökumətə etimad səsverməsi keçirəcək.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Polşa baş naziir Donald Tusk bildirib.
Baş nazir Donald Tusk bu gün bildirib ki, iyunun 11-də Polşa parlamentində hazırkı hökumətə etimad səsverməsi keçiriləcək.
“Siyasi reallıq yenidir, çünki bizim yeni prezidentimiz olacaq, lakin Polşa konstitusiyası dəyişməyib, öhdəliklərimiz dəyişməyib, vətəndaşların gözləntiləri dəyişməyib”- deyə, o, qeyd edib.