06 sentyabr 2017 15:30
388

Neft-qaz yaxın onilliklərdə yanacaq qarışığının əsas hissəsi olacaq

Neft və qaz qarşıdakı onilliklərdə yanacaq qarışığının əsas hissəsi olacaq.

AZƏRTAC xəbər verir ki, bunu Böyük Britaniyanın enerji nəhəngi BP-nin baş icraçı direktoru Robert Dadli deyib.

“Lakin yanacaq qarışığını dəyişir, bununla yanaşı biz daha az karbon qazına keçib və bu keçidin irəliləməsinə baxanda qaynaqların istehsal edilib dəyişdiyini görürük. Qaz daha əhəmiyyətli olacaq. Bizim portfelimizin çox həcmdə qaza doğru dəyişir. Hazırda biz yeni neft qiyməti mühitindəyik və rəqabətə davamlı olmaq üçün müxtəlif düşüncə tərzi tələb olunur”,- deyə o bildirib.

Qeyd edək ki, bu il BP Azərbaycandakı fəaliyyətinin 25 illiyini qeyd edir. BP Azəri-Çıraq-Günəşli layihəsində 35,8 faiz, Bakı-Tbilisi-Ceyhanda (BTC) 30,10 faiz, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəmərində 28,8 faiz iştirak payına malikdir.