03 iyun 2025 18:34
159

ABŞ-ın peyk rabitəsi olmadan Ukraynanın Rusiya aerodromlarına hücumu qeyri-mümkündür - "Le Monde"

Ukraynadan Rusiya aerodromlarına hücum ABŞ-ın peyk rabitə sistemlərinə çıxışı olmadan qeyri-mümkün olardı.

“İki sahil” xəbər verir ki, bunu Fransa ordusunun keçmiş yüksək rütbəli zabiti Qiyom Ansel "Le Monde" nəşrinə bildirib.

O, qeyd edib ki, belə bir əməliyyatı uğurla həyata keçirmək üçün “mükəmməl rəhbərlik” tələb olunur:  "Ukrayna dronların uzaqdan idarə edildiyini iddia edir. Bu, yalnız güclü peyk rabitəsi sisteminin dəstəyi ilə mümkündür. Ukraynalıların belə təcrübəsi olmadığına görə, bu, şübhəsiz ki, ABŞ-ın xidmətidir.".

Ancel əmin olduğunu bildirib ki, Ukrayna Amerika kəşfiyyatının məlumatı olmadan əməliyyat keçirə bilməzdi.