İyunun 4-də vəzifəsinin icrasına başlayan Koreya Respublikasının Prezidenti Li Çje Myon ABŞ və Yaponiya ilə üçtərəfli əməkdaşlığı gücləndirmək, xarici siyasətdə isə milli maraqları rəhbər tutmaq niyyətində olduğunu bəyan edib.
“İki sahil”in "Yonhap" agentliyinə istinadən verdiyi məlumata görə, Li Çje Myon andiçmə mərasimində çıxışında qlobal çağırışlar və dəyişikliklər fonunda praqmatik diplomatiyanın vacibliyini vurğulayıb.
O, mövcud böhranları ölkənin maraqlarını təmin etmək üçün fürsətə çevirəcəyini vəd edib.
Gün ərzində həmçinin Li Çje Myonun ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparacağı gözlənilir.