04 iyun 2025 09:16
138

Sadır Japarov Almazbek Atambayevə amnistiya veriləcəyini güman edir

Qırğızıstan Prezidenti Sadır Japarov bildirib ki, əgət keçmiş dövlət başçısı Almazbek Atambayev bağışlanma il bağlı müraciət etsə, onun amnistiyaya düşməsi imkanını nəzərdən keçirə bilər.

“İki sahil” xəbər verir ki, Sadır Japarov “Kabar” agentliyinə müsahibəsində qeyd edib ki, məhkəmənin qərarını dəyişdirmək olmaz, lakin onun amnistiya hüququ var.

"Müvafiq müraciət daxil olsa, amnistiya imkanlarını nəzərdən keçirə bilərəm", - o deyib.

İyunun 3-də Bişkekin Pervomayski Rayon Məhkəməsi A.Atambayevi qiyabi olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edib. Eks-prezident Koy-Taş kəndində qanunsuz torpaq əldə etməkdə, Bişkek İstilik Elektrik Stansiyasının modernləşdirilməsi zamanı korrupsiyada, habelə 2019-cu il avqustun 7-8-də kütləvi iğtişaşların təşkilində təqsirli bilinib.