29 avqust 2017 17:22
449

Türkiyənin təbii qaza tələbatı 50 milyard kubmetrə çata bilər

Türkiyənin təbii qaza olan tələbatı ilin sonuna qədər 50 milyard kubmetrə çata bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Təbii Qaz Paylayıcı Şirkətləri Assosiasiyası (GAZBİR) məlumat yayıb. Bildirilir ki, soyuq hava şəraiti ilə əlaqədar qaz elektrik stansiyalarından elektrik enerjisinin artması nəticəsində təbii qazdan istifadə də arta bilər. Ötən il Türkiyədə 46,3 milyard kubmetr təbii qaz istehlak olunub. Qaza olan tələbatın 2016-cı ilin səviyyəsinin təxminən 10 faizi artacağı gözlənilir.

Hər il ölkədə 1 milyon yeni qaz istifadəçisi artır. Türkiyədə təbii qazla təmin olunan istifadəçilərin sayı isə 50 milyon səviyyəsində qiymətləndirilir.