04 iyun 2025 12:52
510

“İzvestiya”: ABŞ gəmisi NATO təlimlərində iştirak etmək üçün Baltik dənizinə daxil olub

“Tomaqavk” raketlərini daşıyan ABŞ-ın “Arleigh Burke” sinifli esminesi “Paul İqnatius” və ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı əməliyyat donanmasının “Mount Whitney” komanda gəmisi NATO-nun Baltops 25 hərbi dəniz təlimlərində iştirak etmək üçün Baltik dənizinə daxil olub.

“İki sahil” xəbər verir ki,  bu barədə “İzvestiya” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Amerika gəmiləri Baltik dənizinə kifayət qədər tez-tez səfər edir və dəfələrlə NATO təlimlərində iştirak ediblər.

"Arleigh Burke sinifli esminesi, Urala qədər çata bilən müxtəlif tipli 56-ya qədər Tomahawk qanadlı raketləri üçün şaquli buraxılış sisteminə malik standart Amerika esminesidir" - deyə, məlumatda qeyd edilib.

Paul İgnatius esminesi həm də "Aegis" hava və raketdən müdafiə sisteminin daşıyıcısıdır.