Berlindən Milana uçan təyyarə turbulentliyə (hava burulğanı - red.) düşüb, doqquz nəfər xəsarət alıb.
“İki sahil” xəbər verir ki, bu barədə alman nəşri “Die Zeit” yerli polisə istinadən məlumat yayıb.
"Səkkiz sərnişin və bir ekipaj üzvü xəsarət alıb. Üç nəfər xəstəxanaya yerləşdirilib", - məlumatda bildirilib.
Qeyd olunub ki, təyyarədə 185 nəfər olub.