MDB hökumət başçıları Şurasının növbəti iclası sentyabrın 30-da Minskdə keçiriləcək.
“İki sahil” bu barədə MDB-nin mətbuat xidmətinə istinadla məlumat verir.
Qeyd olunub ki, baş nazirlər bu gün Düşənbədə MDB çərçivəsində iqtisadi və mədəni-humanitar əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.
"Həmçinin MDB İqtisadi Məhkəməsinin fəaliyyətinin təkmilləşdirilməsi, Birlik orqanlarının fəaliyyətinin kadr və maliyyə-təşkilati aspektlərinə dair bir sıra sənədlər qəbul edilib. MDB hökumət başçıları Şurasının növbəti iclası sentyabrın 30-da Minskdə keçiriləcək", - məlumatda qeyd olunub.
Qətər XİN İran və Omanın Hörmüz boğazı ilə bağlı müsbət bəyanatlarını qeyd edib