05 iyun 2025 12:37
131

Almaniyanın 50-60 min əsgərə ehtiyacı var - Boris Pistorius

Almaniya NATO-nun yeni hədəflərinə çatmaq üçün əlavə 50-60 min əsgərə ehtiyac duyacaq.

“İki sahil” "Komersant"a istinadla xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib. 

O qeyd edib ki, Almaniyada kazarma və çağırışçılar üçün təlim imkanları çatışmazlığı səbəbindən hərbi xidmətə çağırış bərpa oluna bilmir.

"Biz bundan çıxış edirik ki, daimi silahlı qüvvələrdə bugünkündən təxminən 50-60 min daha çox hərbçiyə ehtiyacımız var", - deyə, Boris Pistorius NATO müdafiə nazirlərinin iclası başlamazdan əvvəl deyib.

Brüsseldəki görüş Şimali Atlantika Alyansının 24-25 iyun tarixlərində Haaqada keçiriləcək sammitinə hazırlıq xarakteri daşıyır. NATO-nun baş katibi Mark Ruttenin verdiyi məlumata görə, tədbirin əsas mövzusu müdafiə sahəsinə investisiyaların artırılması olacaq. ABŞ prezidenti Donald Tramp hərbi xərclər hədəfinin ÜDM-in 2%-dən 5%-ə çatdırılmasını tələb edib. Rutte kompromis təklif edib: müdafiə üçün 3,5% və təhlükəsizliklə bağlı daha geniş sahələr üçün ÜDM-in daha 1,5%-i.