Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp çərşənbə günü telefon danışığı zamanı Rusiyaya qarşı sanksiyaların yumşaldılması və ya sərtləşdirilməsi məsələsini müzakirə etməyiblər.
“İki sahil” Rusiya KİV-inə istinadla xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Xeyr, sanksiya mövzusuna heç toxunulmadı", - o, bu gün jurnalistlərə bildirib.
Xatırladaq ki, Putin və Tramp arasında telefon danışığı iyunun 4-də baş tutub.
Qətər XİN İran və Omanın Hörmüz boğazı ilə bağlı müsbət bəyanatlarını qeyd edib