05 iyun 2025 14:44
150

Tailand ruslar üçün vizasız rejimi DƏYİŞİR?

Tailand rusların vizasız qalma müddətini 30 günə endirməyi planlaşdırmır.

“İki sahil” xəbər verir ki,  bu barədə "Kommersant" məlumat yayıb. 

Bildirili ki, bu barədə Tailand Turizm İdarəsinin rəhbəri Thailand Travel Mart Plus 2025 sərgisində məlumat verib. Hazırda ruslar üçün vizasız qalma müddəti 60 gündür.

Aprelin sonunda Tailandın baş naziri Phetongthan Shinawatra turistlər üçün vizasız qalma proqramına yenidən baxılması ilə bağlı qərar imzalayıb. O, buna səbəb kimi əcnəbilərin çoxsaylı qanun pozuntularını göstərib.