06 iyun 2025 18:09
104

Rusiya Krım körpüsündə hərəkəti dayandırıb

Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə teleqram kanalında məlumat verilib.

“Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq bağlanıb. Körpüdə və yoxlama zonasında olanlardan sakit qalmağı və nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etməyi xahiş edirik”, - məlumatda deyilir.

Xatırladaq ki, çərşənbə axşamı Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Krım körpüsünə hücum barədə məlumat vermişdi. Partlayış nəticəsində alt səviyyədəki dayaqlara ciddi ziyan dəyib.