Cənubi Florida universitetinin tədqiqatçılardan ibarət qrupu Siciliyanın cənubi-qərb sahillərində axtarış aparır.
"Ölkə.Az" xəbər verir ki, Monto-Kronio mağarasında mis qab aşkar edilib. Böyük mis qabın içində şərab turşusu və natrium duzu olub. Bu isə şərabçılıq prosesində təbii yolla alınan maddələrdir.
Tapıntı İtaliya şərabçılıq tarixində inqilaba səbəb olub. Çünki əvvəllər qədim italyanların 3 min il əvvəl şərabçılığa başladığı düşünülürdü. Amma məlum olub ki, 6 min il əvvəl də adada şərab istehsal edilib və satılıb.
Dünyanın ən qədim şərabı isə şimali Yunanıstanda tapılıb. Onun 6.300 il yaşı var.