28 avqust 2017 16:32
521

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağındakı 602A nömrəli stasionar dəniz özülündən 2665 nömrəli quyu qazmadan sonra istismara verilmişdir.

Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul vermiş, 1375-1356 metr intervaldan sutkalıq 8 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir. 

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılmışdır.