11 iyun 2025 17:47
190

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun iyunun 27-də Beyləqan rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi iyunun 25-nə dəyişdirilib.

Bu barədə "İki sahil"ə ADSEA-dan bildirilib.

Qeyd edək ki, Beyləqan rayonunda keçiriləcək vətəndaş qəbulu Beyləqan, Füzuli və Xocəvənd rayonlarının sakinləri üçün nəzərdə tutulub.