11 iyun 2025-ci il tarixdə YAP Kürdəmir rayon təşkilatının Sığırlı kənd 1 ərazi partiya təşkilatı təsis edilib.
“İki sahil” xəbər verir ki, təsis iclasında çıxış edən Sığırlı kənd tam orta məktəbinin direktoru Mütəllim Mütəllimov, YAP Kürdəmir rayon təşkilatının əməkdaşları Nurlan Şəfiyev, Fuad Qubatov, Sığırlı kənd tam orta məktəbinin əməkdaşları Şamil Əhmədov, Rasim Səfərov, Ülvi Səfərov, Xəqani Seyidov, Arzu Eminova Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu YAP-ın qısa müddətdə cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini deyiblər. Yeni Azərbaycan Partiyasının yarandığı gündən zəngin siyasi yol keçərək, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında böyük tarixi rol oynadığı qeyd olunub. Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışılıb, dövlətçilik strategiyasının ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Çıxışlardan sonra səsvermə keçirilib. Mütəllim Mütəllimov ərazi partiya təşkilatının sədri, Şamo Əhmədov isə sədr müavini seçilib.
Sonda, YAP Kürdəmir rayon təşkilatının məsləhətçisi Nurlan Şəfiyev yeni seçilmiş sədr və sədr müavinini təbrik edərək işlərində uğurlar arzulayıb və iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.