ABŞ-da aktiv təbii qaz quyularının sayı artıb.
AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-da aktiv neft quyularının sayı 759, qaz quyularının sayı 183 olub. Bu o deməkdir ki, ABŞ-dakı aktiv neft-qaz quyularının sayı ötən həftə 3 ədəd artaraq ümumilikdə 943 olub.
Bir il əvvəl isə ölkədə yalnız 489 qurğu aktiv idi.
Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı ötən ilin may ayında isə minimuma – 404-ə geriləmişdi.