25 avqust 2017 23:22
447

1 otaqlı mənzil, yoxsa 6 otaqlı ev?

Britaniyanın paytaxtı London dünyda daşınmaz əmlak qiymətlərinin ən baha olduğu məkanlardan biridir. Halbuki ölkənin digər yerlərində evlərin və ya mənzillərin qiymətləri qismən normaldır.

Şotlandiyadakı Skotlənd Fayf bölgəsində, Çesterhill Hausda 200 min funt-sterlinqə ev satışa çıxarılıb. 6 yataq otağı olan bu evin ilkin satış qiyməti 200 min funt-sterlinqdir.

Londonun şimalındakı Harinqey səmtində isə 1 otaqlı mənzil 201 min funt-sterlinqə satılır. Mənzilin ümumi sahəsi 28 kvadrat metrdir.