11 avqust 2017 19:12
561

“Səadan” yatağında yeni quyular istismara verilib

“Səadan” yatağında 1836 və 1847 nömrəli quyular qazmadan sonra istismara verilmişdir.Kompleks Qazma İşləri Tresti tərəfindən Qovundağ alt-Maykop Lay Dəstəsinə qazılmış quyular ştanqlı dalma nasosu üsulu ilə məhsul vermişdir. Quyuların hər biri sutkalıq 4-5 ton neft hasilatı ilə istismar fonduna qəbul olunmuşdur. 

Quyularda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.