26 avqust 2017 19:33
437

ABŞ-da aktiv neft-qaz quyularının sayı azalıb

ABŞ-da aktiv neft quyularının sayı 759-a düşüb.

AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-da aktiv neft quyularının sayı 759, qaz quyularının sayı 180 olub. Bir quyu isə qarışıq fəaliyyət göstərəndir. Bu o deməkdir ki, ABŞ-dakı neft-qaz quyuları ötən həftə 6 ədəd azalaraq ümumilikdə 940 olub.

Bir il əvvəl isə ölkədə yalnız 489 qurğu aktiv idi.

Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı ötən ilin may ayında isə minimuma – 404-ə geriləmişdi.