Elm və təhsil naziri Emin Əmrullayev abituriyentlərin universitetə qəbul olma imkanlarının fərqli olduğunu bildirib.
Bu barədə o, Hacıqabul rayonu Muğan qəsəbə tam orta məktəbində keçirilən "Son zəng" mərasimində danışıb.
Nazir bu prosesdə məzunlara uğurlar arzulayıb:
“Kiminsə universitetə qəbul olmaq şansı digərindən bir az çox, yaxud kiminsə nəticəsi başqasından aşağı ola bilər. Amma hər birinizin yaxşı vətəndaş və dürüst insan olmaq üçün imkanları eynidir.
Buna görə də ilk növbədə hər birinizə Azərbaycan üçün yaxşı vətəndaş, dürüst insan, ətrafınızdakılar üçün isə faydalı biri olmağı arzulayıram”.
***
Elm və təhsil naziri Emin Əmrullayev Hacıqabulda "Son zəng" tədbirində iştirak edib.
Nazir Hacıqabul rayonu 10 nömrəli tam orta məktəbində olub.
O, çıxışında sözügedən məktəbdə bu il ilk buraxılışın olduğunu vurğulayaraq məzunlara uğurlar arzulayıb.
Daha sonra nazir Muğan qəsəbə tam orta məktəbin tədbirində iştirak edəcək.
"Report"