16 iyun 2025 16:41
100

4-cü “YAŞAT” düşərgəsinə start verilib

İyunun 16-da“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, TABİA Group və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə 4-cü “YAŞAT” düşərgəsinə start verilib.“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ümumilikdə 500-dən çox şəhid övladını əhatə edəcək 7 düşərgənin həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsinin peşəkarları, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların qatıldıqları təlimlər, konsultasiyalar keçiriləcək, konsert proqramları təşkil olunacaq.

“Lankaran Springs Wellness Resort” Hotelində baş tutacaq hər bir düşərgə 5 gecə 6 günü əhatə edəcək.

Avqustun sonunadək reallaşdırılacaq düşərgələrdə şəhidlərimizin 10-11, 12-14 , 15-17 yaş kateqoriyasında olan övladları iştirak edəcəklər. Düşərgənin açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ müharibəsi qazisi Elvin Hüseynov və digər qonaqlar iştirak ediblər. Onlar uşaqlara düşərgə müddətində həyata keçiriləcək təşəbbüslər barədə məlumat verib və uğurlar arzulayıblar. Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və həkim nəzarəti ilə, həmçinin psixoloqlar tərəfindən müşayiət ediləcəklər. Psixoloqlar tərəfindən terapiyalar, o cümlədən fərdi və kollektiv görüşlər təşkil olunacaq.

EQSOL Holding, Bakcell, Norm, AMO Corporate Group, GILTEX MMC, Nar, DTİK, DadHouse;

Dəstəkçilər: Lənkəran Şəhər İcra Hakimiyyəti, “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “ABAD”, “Badamlı Mineral Suları”, “Sevgiilə” layihəsi, Milla, “Shokki Mokki”, “Happy day cake”, ‘’Libraff’’ kitab mağazaları şəbəkəsi, “Digital Umbrella” şirkəti, “VAVA Constructor”, “Nefertum Perfume”, “innoBala” - Yaradıcı İnkişaf Mərkəzi, SİMART Sağlam İnkişaf Platforması, R Group Holding, Dayaq Xeyriyyə;

Media dəstəyi: ASAN Radio/TV