17 iyun 2025 14:36
85

Bu il fizika, kimya, biologiya və informatika müəllimləri üçün ilk dəfə sertifikasiya keçiriləcək

Bu il fizika, kimya, biologiya və informatika müəllimləri üçün ilk dəfə sertifikasiya imtahanı keçiriləcək.

“İki sahil” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Vəfa Yaqublu iyunun 17-də keçirilən brifinqdə deyib.

O bildirib ki, müəllimlərin sertifikatlaşdırılması təhsilin keyfiyyətinin artırılmasına yönəlib: “Sertifikatlaşdırma prosesi başa çatdıqdan sonra məktəblərdə yalnız yüksək bilikli müəllimlər fəaliyyət göstərəcək. Bu prosesdə biliklərin nümayişi aparılır. Sertifikasiyadan sonra onların əməkhaqqı diferensial şəkildə hesablanacaq. Əməkhaqqında 10 faiz və 35 faiz artım alacaq müəllimlərin sayı ilə bağlı heç bir limit nəzərdə tutulmayıb”.