10 avqust 2017 23:30
497

“Qərbi Abşeron” yatağında yeni quyu qazılır

“Qərbi Abşeron” yatağında 54 nömrəli stasionar dəniz özülündən 36 nömrəli quyuda qazma işlərinə başlanılıb.

“Azneft” İstehsalat Birliyi “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 770 metrdir. 

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 20 ton neft hasil olunacağı nəzərdə tutulur.