24 avqust 2017 21:32
497

Tokio küçələrində “canlı kukla” gəzir

Tokio küçələrində “canlı kukla” küçədə qarşılaşdığı hər kəsi təəccübləndirir. Lulu Xaşimoto canlı kuklaya bənzəyir, lakin insan kimi hərəkət edir. O, model kimi fəaliyyət göstərir, sosial şəbəkələrdə bu xanımın on minlərlə pərəstişkarı var.

AZƏRTAC euronews-a istinadla xəbər verir ki, Lulu – adi insandır, ancaq iş vaxtı bu xanım kukla maskası ilə gəzir. Tokio küçələrində o, insanların diqqətini cəlb edir.

Belə bir manekenin yaradılması ideyası 23 yaşlı dizayner Xitomi Komakiyə məxsusdur. Dizayner bildirib ki, bu model dünyada bir ilkdir. Maskanın altında kim olduğunu Xitomi hər kəs üçün sirr saxlayır. “Kimlərsə mənim layihəmi bəyənməyə bilər. Amma mənim üçün bu dəbdə bir yenilikdir”, - deyə dizayner əlavə edib.