16 avqust 2017 14:49
793

Yokoqama küçələrində 15 min nəhəng “Pikaçu”

Yaponiyanın liman şəhəri olan Yokoqamada küçələrə minlərlə “Pikaçu” – pokemonlar haqqında məşhur oyunların və animasiya filmlərinin qəhrəmanı çıxıb.

AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, bu personaj yapon pop-mədəniyyətinin ikonası olmaqla yanaşı, həm də “Pokemon Go” oyununun şərəfinə keçirilən bayramın rəmzidir.

“Reuters” Agentliyinin məlumatına görə, şəhər rəhbərliyi və “Pokemon” şirkətinin birgə təşkil etdiyi festivalda 15 min “Pikaçu” iştirak edib. “Sarı qəhrəmanlar”ın gəzintisi iki gün davam edib.

Parad və karnavalla yanaşı, şəhər sakinlərinə və qonaqlara 17 metrlik “Pikaçu-dirijabl”da səyahət də təklif olunub. Sakinlər arasında festivala sevimli personajın kostyumunda gələnlər də çoxluq təşkil edib.