20 iyun 2025 08:08
103

Azərbaycan səfirliyinin birinci katibi perulu merlə görüşüb

Azərbaycanın Meksika səfirliyinin Lima şəhərindəki ofisinin birinci katibi Gültən Qafqazlı-Novruzova Limanın Pueblo-Libre rayonun bələdiyyə sədri Monika Tello Lopeslə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə rayon meri sosial şəbəkədə paylaşım edib.

“Gültən Qafqazlı-Novruzova ilə mühüm görüş keçirdim. Bu görüş ölkələr arasında əlaqələrin gücləndirilməsinin və yeni ideyaların yaradılmasının vacibliyini bir daha təsdiqləyir”, – perulu siyasətçi qeyd edib.

Xatırladaq ki, daha əvvəl Peru Konqresi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü münasibətilə dünya azərbaycanlarına təbriklə bağlı bəyanat qəbul etmişdi.