Azərbaycan Xarici İşlər Nazirliyi Suriyanın paytaxtı Dəməşqdə Mar St. Elias kilsəsinə edilən terror aktını pisləyib.
“İki sahil” xəbər verir ki, bu barədə xarici siyasət idarəsi "X" hesabında paylaşım edib.
"Qurbanların ailələrinə və əsassız zorakılıq aktından təsirlənən hər kəsə dərin hüznlə başsağlığı veririk. Suriya hökuməti və xalqı ilə həmrəy olduğumuzu bildirir, ekstremizmə qarşı birliyin vacibliyini vurğulayırıq", - deyə paylaşınmda qeyd edilib.
Hikmət Hacıyev "AnewZ"un Gəncənin ispan aviatorları haqqında hazırladığı sənədli filmi paylaşıb
BMT-də Azərbaycanın iqlim və şəhərsalma gündəlikləri ilə bağlı təcrübəsi qabardılıb