28 avqust 2017 15:53
448

“Brent”in qiyməti “Xarvi” qasırğası nəticəsində bahalaşıb

ABŞ-ın Arkanzas ştatında tüğyan edən “Xarvi” qasırğası ilə əlaqədar Meksika Körfəzində neft istehsalı ləngiyib. Bunun nəticəsində “Brent” markalı xam neftin qiymətində artım müşahidə olunub.

AZƏRTAC xəbər verir ki, hazırda “Brent” nefti Londonun ICE birjasında 52,55 dollar/barreldən alıcı axtarır.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Təhlükəsizlik və Ətraf Mühit Bürosu bildirib ki, qasırğa ilə əlaqədar ABŞ-ın Meksika Körfəzində neft istehsalı təxminən 22 faiz azalıb.