23 iyun 2025 22:15
90

YAP Nəsimi rayon təşkilatı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı S.Rüstəm küçəsi 40 ünvanı (2 №-li Kliniki Psixiatriya Xəstəxanası) üzrə hesabat-seçki yığıcağı keçirilib.

“İki sahil” xəbər verir ki, hesabat-seçki yığıncağında çıxış edən YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs edərək, ilk gündən hüquqi, dünyəvi, sivil dövlət quruculuğu yolunu tutan Azərbaycanın qazandığı uğurlardan, hər birimizə milli dövlətçilik amalları uğrunda daim çalışmağın və mübarizə aparmağın lazımlığından danışıb.

Daha sonra, 2 №-li Kliniki Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova öz çıxışında dövlətimizin səhiyyə sisteminin inkişafına olan böyük diqqət və qayğısından bəhs edib.

Çıxışlardan sonra səsvermə keçirilib və 2 №-li Kliniki Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova yekdilliklə S.Rüstəm küçəsi 40 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Yaqut Quliyeva isə sədr müavini seçilib.

Ərazi partiya təşkilatının yeni seçilmiş sədri göstərilmiş etimada görə təşəkkürünü bildirib.