“Big-mak"ın nə olduğunu, çinlilərin vətəndaş nigahına görə vergi ödəməli olduqlarını, ABŞ-ın tarixində cəmi bir gün tamamilə borcsuz olduğunu bilirdinizmi? Aşağıda iqtisadiyyatla bağlı bu və ya digər maraqlı məlumatlarla tanış olaq.
1. 1980-ci ildə Londonda çap olunan "Ekonomist" jurnalı ilk dəfə dünya valyutasının alış dərəcəsini müqayisə etmək üçün "big-mak" indeksindən istifadə etməyə başladı. "Big-mak" bütün dünyaya tanış bir məhsul olduğundan və ölkələrin öz pul vahidinin dollar ekvivalenti ilə hər ölkədə müxtəlif qiymətə satıldığından jurnalın bu cəhdi maraqla qarşılandı. 2001-ci ilin aprelində ABŞ-da "Makdonalds" restoranında "big-mak"ı 2,54 dollara, İsveçrədə 3,65 dollara, Malayziyada isə cəmi 1,19 dollara almaq olurdu.
2. Qəribə olsa da bu faktdır ki, məşhur "Monopoliya" oyunu üçün əsl pul əskinazından daha artıq pul buraxılır. Daha çox uydurmaya bənzəsə də, bu həqiqətən belədir. Oyunun yaradıcıları elan ediblər ki, oyun üçün hər il 30 milyard dollar həcmində pul çap edilir.
3. 1835-ci il yanvarın səkkizi tarixdə ilk dəfə ABŞ-ın dövlət borcu olmadığı gün kimi qeydə alınıb.
4. Çində qeyri-rəsmi nigahda yaşayan hər kəs dövlətə vergi verməlidir. Bu yolla Çin hökuməti qeydiyyatdan kənar evliliklərin qarşısını ala biləcəyini güman edir.
5. ABŞ-ın Kaliforniya ştatı ayrıca bir dövlət olsa idi, iqtisadiyyatının inkişafına görə dünya üzrə ilk beşliyə düşə bilərdi.
6. XVIII əsrdə İsveçdə təxminən 20 kq-lıq balla dolu bankalar pul rolunu oynayırdı.
7. Hazırda kredit kartları ilə heç kimi təəccübləndirmək olmaz. Ancaq əvvəllər insanlar hər bir şeyi nağd ödəməyə məcbur idilər. Bu barədə maraqlı fakt amerikalı Frenka Maknamarenin adı ilə tarixə düşüb. Belə ki, pul kisəsini evdə unudan bu şəxs restorana nahar etmək üçün gəlir və restoranın qapısından həyat yoldaşını evə pul üçün göndərməli olur. Bu xoşagəlməz hadisənin ardından Frenka öz dostları ilə birgə "Diner's Club" adlı kredit kartı ilə işləyən ilk şirkəti açır. Əvvəllər onun bu novatorluğuna insanlar bir qədər şübhə ilə yanaşsalar da, 50-ci illərdə inflyasiyanın başlaması ilə amerikalılar "borc həyatı"na alışmalı oldular və getdikcə kredit kartlarından istifadə ABŞ-dan digər ölkələrə də yayıldı.
8. "Forbes" jurnalının məlumatına əsasən, "Google" şirkətinin işçilərindən biri vəfat edərsə, onun həyat yoldaşına növbəti on il ərzində hər il onun maaşının 50 %-i məbləğində talon verilir.
Nubar Süleymanova, “İki sahil"