17 avqust 2017 16:20
345

ABŞ-ın xam neft ehtiyatları 0,8 faiz azalıb

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 8,9 milyon barrel (0,8 faiz) azalaraq 466,5 milyon barrelə enib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 3,05 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə xam neft ehtiyatları 6,5 milyon barrel azalmışdı. Beləliklə də, ABŞ-ın xam neft ehtiyatları son 19 həftənin 16-da azalıb.

Ölkənin strateji neft ehtiyatları isə ötən həftə dəyişməyərək 678,9 milyon barrel səviyyəsində qalıb. ABŞ-ın həftəlik benzin ehtiyatları da dəyişməyərək 231,1 milyon barrel olub. Bazar proqnozları isə 1,08 milyon barrel azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 3,4 milyon barrel azalmışdı.