31 avqust 2017 00:49
830

Roma futbol stadionunda qədim sarkofaq tapıldı

Alimlər Romada "Stadio Olimpiko" futbol stadionun sahəsində qədim dövrə aid sarkofaq tapıblar.

"Ölkə.Az" xəbər verir ki, mərmərdən hazırlanan hər iki sarkofaqın 2 000 il yaşı var.

Sərdabələrdə Qədim Roma aristokratiyasının üzvləri dəfn edilib. Sarkofaqlardan biri barelyeflə bəzədilib. Arxeoloqlar qrupunun rəhbəri Marina Piranomonte deyib: "İlkin analiz göstərdi ki, sarkofaqlar eramızın III-IV əsrinə aiddir. Amma dəqiq tədqiqatdan sonra tam əminliklə nəsə söyləmək olar".

Tarixi əşyalar Romadakı xüsusi laboratoriyaya aparılıb. Artıq payız ayında alimlər analizləri başa vuracaqlar.