29 iyun 2025 14:55
131

Cənubi Koreya və Mərkəzi Asiya ölkələrinin sammiti təxirə salındı

2025-ci ildə keçirilməsi planlaşdırılan “Mərkəzi Asiya — Koreya Respublikası” sammiti 2026-cı ilə təxirə salındı.

İki sahil” xəbər verir ki, “Yonhap” informasiya agentliyinin verdiyi məlumata görə, bu qərar Cənubi Koreya xarici işlər nazirinin birinci müavini Pak Yun Çju tərəfindən parlamentin beynəlxalq əlaqələr komitəsinin iclasında təsdiqlənib. Bildirilib ki, qərarın səbəbi sabiq prezident Yun Sok Yolun ölkədə hərbi vəziyyət elan etmək cəhdindən sonra yaranmış siyasi dəyişikliklərdir.

Xarici işlər nazirinin müavini bildirib: “Bütün əlaqəli hallar, o cümlədən daxili cədvəlimizi nəzərə aldıqdan sonra bu il ərzində sammit üçün münasib tarix təklif etmək çətin oldu.”

Qeyd edək ki, 2024-cü ilin iyununda Cənubi Koreyanın o dövrdəki prezidenti Yun Sok Yolun Mərkəzi Asiya ölkələrinə səfəri zamanı regionun beş ölkəsinin iştirakı ilə “Mərkəzi Asiya — Koreya” formatında ilk sammitin təşkili və 2025-ci ildə onun Seulda keçirilməsi barədə razılıq əldə olunmuşdu.

2025-ci ilin iyununda Cənubi Koreyada hərbi vəziyyət elan etməyə cəhd növbədənkənar seçkilərə səbəb oldu və nəticədə “Toburo” Demokratik Partiyasından Li Çje Myon yeni prezident seçildi.

Məhərrəm Ağalaroğlu, “İki sahil”