Bu gün saat 17 radələrində Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan “İki sahil”ə verilən məlumata görə, Azad Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə kənd sakini 75 yaşlı Fəxrəddin Beybudovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı ərazi üzrə polis orqanında cinayət işinə başlanılıb, istintaq aparılır.
Paşinyan və Tramp TRIPP layihəsinin icrasının cari vəziyyətini müzakirə ediblər
Marko Rubio: Azərbaycan və Ermənistan arasında sülh iqtisadi əməkdaşlığa yol açıb