Serbiyanın paytaxtı Belqradda keçirilən etiraz aksiyalarına görə bir qrup nümayişçi həbs olunub.
“İki sahil” xəbər verir ki, Belqrad Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat nəticəsində Belqrad, Niş, Zayeçar və Smederevodan olan ümumilikdə 6 nəfər həbs olunub. Əməliyyatın davam etdiyi bildirilib. Saxlanılan nümayişçilər dövlət qurumlarına hücumlar planlaşdırmaqda və konstitusiya quruluşunu zorakılıqla dəyişməkdə ittiham olunurlar.
Əsasən tələbələrdən ibarət olan etirazçıların keçirdikləri aksiyalara münasibət bildirən Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin zorakılıqlara qalib gəldiyini deyib.
Paşinyan və Tramp TRIPP layihəsinin icrasının cari vəziyyətini müzakirə ediblər
Marko Rubio: Azərbaycan və Ermənistan arasında sülh iqtisadi əməkdaşlığa yol açıb