19 avqust 2017 20:21
482

Türkiyədə benzin satışı artıb

İyul ayında Türkiyədə benzin satışı 7 faiz artıb, LPG satışı isə 5,72 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Neft Sənaye Dərnəyi (“Petder”) məlumat yayıb. Bildirilir ki, bu ilin iyul ayında ölkədə benzin satışı ötən ilin eyni ayına görə 7 faiz artıb. Ötən ay benzin satışı ümumilikdə 315 min 880 kubmetr olub. LPG satışı isə 5,72 faiz azalaraq ilə 300 min 127 ton olub.

İlin ilk 7 ayında Türkiyədə benzin satışı 3,3 faiz artaraq 1,72 milyon ton, dizel satışı isə 8,13 faiz artaraq 15,4 milyon kubmetr olub.