01 iyul 2025 14:39
272

YAP Sumqayıt şəhər təşkilatının partiya veteranları təltif olunub

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının ictimai-siyasi həyatında uzun illər fəallıq göstərmiş, partiyanın dəyərlərinin təşviqində və təşkilati inkişafında mühüm rol oynamış bir qrup partiya veteranı Fəxri Fərman və hədiyyələrlə təltif edilib.
“İki sahil” xəbər verir ki, Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, partiyanın bugünkü uğurlarında onun möhkəm təməlini qoymuş, təşkilati işlərə məsuliyyətlə yanaşan veteran üzvlərin əvəzsiz xidmətləri dayanır. O qeyd edib ki, bu kimi təltiflər partiya sıralarında sadiqlik və vətənpərvərlik ruhunun daha da gücləndirilməsinə xidmət edir.
Təltif olunan şəxslər sırasında uzun illər ərzində partiyanın fəaliyyətində yüksək fəallıq nümayiş etdirmiş, təşəbbüskarlığı və ictimai nüfuzu ilə seçilən Hüseynov Sevindik, Qiyasov Mirağa, Məmmədov Cəlal, Mahmudov Əvəz, Quliyev Hümbət yer alıb.
Hər bir təltif olunan partiya üzvünə YAP Sumqayıt şəhər təşkilatı tərəfindən Fəxri Fərman və xatirə hədiyyələri təqdim olunub. Tədbir iştirakçıları partiya rəhbərliyinə göstərilən yüksək diqqət və dəyərə görə minnətdarlıqlarını bildiriblər.
Səmimi və isti ab-havada keçən tədbir, partiya sıralarında həmrəyliyin, mənəvi bağlılığın və vətənə xidmət ruhunun növbəti təzahürü kimi yadda qalıb.