01 iyul 2025 23:08
125

Rusiyada soydaşlarımıza qarşı törədilənlərin əsl adı vəhşilikdir, qeyri-insani rəftardır

Rusiyanın güc strukturları tərəfindən azərbaycanlılara qarşı törədilənlərin əsl adı vəhşilikdir, qeyri-insani rəftardır, barbarlıqdır.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, Rusiyada hüquq mövcud deyil, orada istənilən şəxsi küçədə döyüb alçaldırlar, milli mənsubiyyətinə, peşə fəaliyyətinə görə insanlar öldürülür, döyülür, işgəncəyə məruz qalırlar:

"Dövlətin güc strukturları işgəncə makinasına çevrilib, cəlladlar qanun üzərində rəqs edirlər. 1937-ci ildə üç babam millətçilikdə ittiham olunaraq "xalq düşməni" adlandırılıb və Stalin repressiyasına uğrayaraq ölüm düşərgələrində öldürülüb. Görünən odur ki, 90 il keçsə də, heç nə dəyişməyib. Babalarımı öldürən canilər hazırda soydaşlarımızı öldürürlər".