Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar iyulun 2-də Azərbaycana səfərə gəlib.
“İki sahil” xəbər verir ki, qonağı Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer qarşılayıblar.
Onun iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə müşahidəçi ölkənin dövlət başçısı kimi iştirakı nəzərdə tutulub.
Eyni zamanda E.Tatarın səfər çərçivəsində bir sıra tədbirlərə qatılacağı gözlənilir.
Bundan başqa, Şimali Kipr Prezidentinə Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru adının verilməsi nəzərdə tutulub.