02 iyul 2025 13:45
148

Nazirlik rus dilində tədrisin dayandırılacağı ilə bağlı yayılan məlumatları təkzib etdi

Elm və Təhsil Nazirliyi ölkədə rus dilində tədrisin dayandırılacağı ilə bağlı yayılan məlumatları təkzib edib.

“İki sahil” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilir ki, bu cür xəbərləri yayarkən yalnız rəsmi mənbələrə istinad etmək lazımdır.

Qeyd edək ki, sosial şəbəkələr və bəzi KİV-lərdə orta və ali təhsil müəssisələrində rus dilində tədrisin dayandırılması ilə bağlı “rəsmi bildiriş”in yayılmasına dair məlumatlar dərc olunub.