02 iyul 2025 15:26
129

Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsini birgə təşkilatçılığı ilə iyul ayının 5-ı Aşura Günü münasibətilə qanvermə aksiyaları həyata keçiriləcək. Aksiya Azərbaycanın 30 şəhər və rayonunda — ümumilikdə 38 məntəqədə təşkil olunacaq.

Nazirlikdən "İki sahil"ə bildirilib ki, ən önəmli və qürurverici yenilik isə bu xeyirxah ənənənin ilk dəfə azad edilmiş torpaqlarımızda — Şuşadakı Yuxarı Gövhər Ağa məscidində və Ağdam Cümə məscidində keçirilməsi olacaq.

Bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” yayımında Respublika Qan Bankının həkimi Günel Əliyeva bildirib. “Artıq hazırlıqlar yekunlaşmaq üzrədir. Qanvermə məntəqələri arasında 23 məscid və ziyarətgah, eləcə də 15 tibb müəssisəsi var”.

“Bu, bizim üçün tarixi və çox emosional məqamdır. Hər kəsi Aşura günündə bu nəcib missiyaya qoşulmağa və həyat xilas etməyə dəvət edirik”, – deyə həkim çağırış edib.