03 iyul 2025 01:14
137

Qüdrətli  Azərbaycan amili Rusiyanı ciddi narahat edir

Prezident İlham Əliyev: Heç bir qüvvə bizim müstəqil siyasətimizə qarışa və milli maraqlarımızın qorunmasına mane ola  bilməz

Son dövrlərdə Rusiyada azərbaycanlılara qarşı törədilən  vəhşiliklər göstərir ki, bu ölkədə şovinzm artıq hakimiyyət səviyyəsində nəinki müdafiə edilir, hətta onun genişlənməsinə imkan yaradılır. Xüsusilə azərbaycanlılara qarşı xüsusi təyinatlı qüvvələrin (OMON) iştirakı ilə həyata keçirilmiş əməliyyat zamanı iki azərbaycanlı qardaşın qətlə yetirilməsi və digər onlarla soydaşımızın zorakılığa məruz qalması, uşaqların qorxu içində saxlanması və ailələrin ictimai şəkildə təhqir olunması insanlığa və polis şərəfinə sürtülən qanlı ləkədir. Ötən gün Voronejdə də azərbaycanlıların bazardan qovularaq çıxarılması və yenə də Ural bölgəsində yaşayan Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin və oğlunun vəhşicəsinə döyülərək saxlanmaları və  sonradan sərbəst buraxılması həbs edilmələri bir daha göstərdi ki, hələ də Rusiyada yaşayan azərbaycanlıların təhlükəsizliyi sual altındadır.

Bəs Rusiyanı soydaşlarımıza və ölkəmizə qarşı qıcıqdandıran nədir və konkret olaraq o, Azərbaycanın hansı uğurlarını həzm edə bilmir? Bu sualların cavabı sadədir. İkinci Qarabağ müharibəsindəki tarixi qələbəmiz ermənipərəst Rusiyanı ciddi şəkildə sarsıtdı. 30 illdir ermənilərə hərbi və siyasi dəstək verməklə Azərbaycan torpaqlarını işğalda saxlayan  Rusiya- Ermənistan birliyi qəti şəkioldə məğlub edildi. 2020-ci ilin noyabrın 10- da qalib Azərbaycanın diktəsi ilə  imzalannan üçtərəfli Bəyanatla hayların  kapituliyasiyası  rəsmiləşdirildi. Bu,  o vaxt baş verdi ki,  Kremlin gözləmədiyi halda və hətta deyərdik ki, xəbəri olmadan Şuşa şəhəri ildırımsürətli hərbi planla işğaldan azad edildi və orada Azərbaycan Bayrağı dalğalandı . Rusiya bu qələbəni hələ  həzm edə bilmir. Onun ardınca ordumuzun 2023-cü ilin sentyabrın 20-də birgünlük lokal  antiterror əməliyyatları ilə Xankəndidəki terrorçu- separatçı rejim devrildi və ölkəmiz süverenliyini bərpa etdi. Ardınca ermənilər Qarabağı könüllü şəkildə tərk etdilər. Bununla da Qarabağ nəinki Ermənistann, həm də Rusiyanın nəzarətindən tamamilə çıxdı.

Bu gün də Cənubi Qafqazda güc və söz sahibi olan nüfuzlu Azərbaycan dövlətinin varlığı Rusiyanı ciddi şəkildə narahat edir. Tam müstəqil və qətiyyətli siyasət yürüdən  Müzəffər Ali Baş Komandan İlham Əliyev bu barədə deyib ki, heç bir qüvvə bizim müstəqil siyasətimizə qarışa və milli maraqlarımızın qorunmasına mane ola  bilməz.

Xüsusi qeyd edilməlidir ki, son bir neçə ildə Rusiya beynəlxalq aləmdə öz mövqeylərini itirməkdə davam edir. Ukrayna ilə müharibədə iqtisadiyyatı və hərbi sistemi zəifləyən bu şovinst ölkənin artıq dünyada müttəfiqi və dostu qalmayıb. Xüsusilə Cənubi Qafqazdakı mövqelərini də əldən vermək üzrə olan Kreml rəhbərliyi hər vəchlə bölgədə yeni qaqıdurmalar yaratmağa çalışsa da artıq bacarmır. Ona görə ki, həmişə münaqişə tərəfi kimi istifadə etdiyi Qarabağ separatçıları birdəfəlik ləğv edilib. Eyni zamanda, Ermənstandakı anti-Rusiya əhval-ruhiyyəli hakimiyyət də artıq onun diktəsini qəbul etmir. Ermənistanın Kollektiv Təzlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) və Avrasiya İqtisadi Birliyini boykot etməsi rusları xeyli dərəcədə pəjmürdə edib. Noxtaları Kreml rəhbərliyinin əlində olan Ermənistanın keçmiş prezidentləri Robert Koçaryanın və Serjik  Sarkisyanın  hakimiyyəti illərində Rusiya həm Qarabağda, həm də Ermənistanda at oynadırdısa, artıq bu ölkə həmin imkanların çoxundan məhrum edilib.

Hətta  iyunun 20 –də Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü Rusiyada ciddi əndişə yaradıb. Artıq Rusiya anlayır ki, Cənubi Qafqaza nəzarət NATO-ya üzv olan qüdrətli Türkiyədədir. Təbii ki, qardaş Türkiyə Rusiydan fərqli olaraq regionda sülh və sabitliyin təminatçısıdır. Ən önəmli məsələ isə odur ki, 2021-ci ilin iyunun 21-də məhz Şuşada Azərbaycanla qardaş Türkiyənin hərbi və siyasi müttəfiqliyinin əsası qoyuldu. Bu tarixi sənəd Şuşa Bəyannaməsi adlandırıldı.  Bütün bunlara rəğmən demək olar ki, Rusiyanın Azərbaycan hakimiyyətini öz maraqlarına tabe etdirmək istəyi artıq puç olub. Ona görə də kin və kudurətini  Rusiyadakı soydaşlarımızdan almağa çalışır.

Eyni zamanda, Rusiyanın digər Cənubi Qafqaz dövlətləri ilə də münasibətləri korlanmış vəziyyətdədir. Kreml Gürcüstanın iki bölgəsində - Abxaziya və Cənubi Osetiyada separatizmi dəstəkləyir. Ona görə də, hazırda Gürcüstan Rusiyanın qatıldığı heç bir regional tədbirdə iştirak etmir. Rəsmi Tiflis Rusiya ilə münasibətləri minimuma endirib. Üstəlik, son vaxtlar Gürcüstanda yenidən ölkənin Qərbə inteqrasiya olunmasının tərəfdarları fəallaşıblar. Onlar Rusiya ilə əməkdaşlığın məhdudlaşdırılması nəinki yetərli hesab edirlər, hətta bildirirlər ki, ölkələri  ümumiyyətlə, Avropa Birliyinə üzvlük prosesini maksimum səviyyədə sürətləndirmlədirlər. Bu, o anlamı verir ki, Gürcüstan da Rusiya üçün itirilməkdədir.

Bütün bunlar rəğmən birmənalı şəkildə demək olar ki, Kremlin şovinzmi dəstəkləyən antibəşəri addımları hazırda Rusiyanın özünün əleyhinə işləyir. Yəni, son dövrlərdə baş qaldıran radikal şovinizm hətta ölkənin etnik və böyük xalqaları arasında da ciddi narazılıqlar yaradır.

Elçin Zaman, "İki sahil"