02 iyul 2025 23:16
143

Türkiyədə təyyarə qəzaya uğrayıb, itkin düşənlər var  

Türkiyədə təyyarə qəzası olub.

“İki sahil” bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, hadisə Bayburt-Ərzurum şəhərləri arasındakı ərazidə qeydə alınıb. Hadisə zamanı 2 nəfər itkin düşüb.

Əraziyə jandarm, xilasedicilər, təcili yardım maşınları cəlb olunub, axtarış-xilasetmə əməliyyatına başlayıb.

Yüngül mühərrikli təyyarənin qəzaya uğradığı ərazinin dəqiq müəyyən edilməsi üçün araşdırma aparılır.