03 iyul 2025 00:26
152

ABŞ hakimiyyəti Ukraynaya hərbi yardımı tamamilə dayandırır?

ABŞ-nin Kiyev hakimiyyətinə bəzi silahların tədarükünü dayandırmaq qərarı o demək deyil ki, Amerika hakimiyyəti Ukraynaya hərbi yardımı tamamilə dayandırır.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Temmi Bryus jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

"Biz Ukraynaya silah tədarükünü dayandırmırıq, yalnız bir aspekt dəyişib, bir vəziyyət. Mən vurğulamaq istərdim ki, bu, Ukraynaya yardım və silah tədarükünün dayandırılması demək deyil", - o deyib.