"Bölgələrin sosial-iqtisadi inkişafı üçün tədqiqatlar və maarifləndirmə tədbirləri vacibdir"
“İki sahil” xəbər verir ki, İqtisadi və Sosial Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri İlkin Əhmədov bölgələrin sosial-iqtisadi inkişafında aparılacaq tədqiqatlar və maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb.
Sədrin sözlərinə görə, Azərbaycanın sosial-iqtisadi inkişafı yalnız paytaxt və iri şəhərlərlə məhdudlaşmamalıdır:
"Regionların da dayanıqlı və bərabər şəkildə inkişafı təmin olunmalıdır. “İqtisadi və Sosial Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin əsas məqsədi bölgələrdə iqtisadi aktivliyi, sosial rifahı və ictimai şüuru yüksəltmək üçün araşdırmalar aparmaq, maarifləndirici tədbirlər keçirmək və xüsusən gənclərin potensialını səfərbər etməkdir. Bölgələrdə aparılacaq sosial və iqtisadi tədqiqatlar, yerli problemləri dəqiq şəkildə müəyyənləşdirərək, düzgün siyasət və qərarların qəbul edilməsinə şərait yaradacaqdır. Mərkəzin fəaliyyət sahələri arasında aşağıdakı mövzular yer alır:
Regionlarda sosial problemlərin real diaqnostikası olmadan düzgün qərarlar qəbul etmək çətindir. Bu baxımdan, mərkəzimizin əsas missiyalarından biri bölgələrdə aşağıdakı mövzularda araşdırmalar aparmaqdır:
İşsizlik səviyyəsi və məşğulluq imkanları
Sosial təminat və rifah göstəriciləri
Kənd təsərrüfatı və kiçik sahibkarlığın inkişaf potensialı
Gənclərin və qadınların əmək bazarına çıxış imkanları"
QHT sədri həmçinin bildirib ki, bu tədqiqatlar həm dövlət siyasətinə töhfə verə bilər, həm də donor təşkilatlar üçün real ehtiyaclara əsaslanan layihələrin hazırlanmasına zəmin yaradacaqdır.